Xaçmaz rayonunun Çarxı kəndinə gedən yolun kənarında yaranmış antisanitar vəziyyətlə bağlı tədbir görülüb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Shimal.News-a bildirilib ki, qeyd olunan ərazidə yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət qurumları tərəfindən aradan qaldırılıb.
Ərazidə təmizlik işləri aparılıb və tullantılar götürülüb.