top
Quba-Xaçmaz yolunda yeni nişanlanma xətti narazılıq yaradıb
Video
21 sentyabr 2026, 10:16
- ↺ +

Quba-Xaçmaz yolunda yeni nişanlanma xətti narazılıq yaradıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba-Xaçmaz avtomobil yolunun Quba ərazisindən keçən hissəsində çəkilən yeni yol nişanlanması sürücülər arasında narazılığa səbəb olub.

Shimal.News-a müraciət edən yerli sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl yolda 1.1 nişanlanma xətti çəkilib. Sürücülər bildirirlər ki, Xaçmaz ərazisində yolun müəyyən hissələrində ötməyə imkan verən 1.5 qırıq xətti tətbiq olunsa da, Quba istiqamətində bu imkan xeyli məhdudlaşdırılıb.

Sakinlərin sözlərinə görə, Asan Xidmətin qarşısındakı dairədən Barlı qəsəbəsinin sonunadək ötməyə imkan verən 1.5 xəttinə cəmi iki yerdə rast gəlinir. Bunlardan biri Çinarlının sonundan "Qartal" adlanan əraziyə qədər, digəri isə Zərdabi qəsəbəsinin sonunda təxminən 100 metrlik hissədədir.

Sürücülər xüsusilə yolun kənd təsərrüfatı texnikası tərəfindən intensiv istifadə olunması nəzərə alınmadığını bildirirlər. Onların sözlərinə görə, traktor və digər texnikaların arxasında uzun müddət aşağı sürətlə hərəkət etmək məcburiyyətində qalırlar.

"Başa düşürük, təhlükəsizlik baxımından və yaşayış məntəqələrində ötmə məhdudlaşdırıla bilər. Amma eyni yolun Xaçmaz ərazisində yaşayış məntəqələri olduğu halda orada niyə qırıq xətt çəkilib? Quba hissəsində isə niyə bu imkan demək olar ki, yoxdur? Sürücülər məcburiyyətdən qayda pozurlar", – deyə sakinlərdən biri bildirib.

Nəqliyyat məsələləri üzrə ekspertlərin bildirirlər ki, yol nişanlanmasının tətbiqi yalnız ərazinin yaşayış məntəqəsi olub-olmaması ilə müəyyənləşdirilmir. Yolun görünüşü, hərəkətin təşkili, yolun həndəsi xüsusiyyətləri və təhlükəsizlik tələbləri də nəzərə alınmalıdır.

Eyni zamanda sürücünün "qarşıda yavaş hərəkət edən texnika var" əsaslandırması öz-özlüyündə 1.1 xəttini keçməyə hüquqi əsas yaratmır. Yol nişanlanması qüvvədə olduğu müddətdə sürücü onun tələbinə əməl etməlidir. 

Digər tərəfdən, eyni yolun müxtəlif hissələrində fərqli nişanlanmanın tətbiqi həmin sahələrin yol şəraiti və təhlükəsizlik göstəriciləri ilə əsaslandırılmalıdır. Buna görə sakinlərin qaldırdığı əsas sual – Quba və Xaçmaz hissələrində nişanlanmanın niyə fərqli tətbiq edildiyi – yolun təşkilinə cavabdeh qurum tərəfindən izah oluna bilər.

Sakinlər isə xüsusilə kənd təsərrüfatı texnikasının intensiv hərəkət etdiyi bu yolda həm təhlükəsizliyin qorunmasını, həm də nəqliyyat axınının lüzumsuz şəkildə yavaşlamamasını təmin edən həllin tapılmasını istəyirlər.


Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər