Şəkidə sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb.
Bu barədə Shimal.News-a Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, son günlər yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb. Sel təhlükəsinin yaranması ilə əlaqədar ərazidə qabaqlayıcı tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində çaylarda məcra tənzimləmə işləri də aparılır. Hazırda Şin çayında eyni vaxtda 5 ağır texnika çalışır.