top
Xaçmazda şagirdlərin məktəbə daşınması niyə dövlət hesabına deyil? - RƏSMİ CAVAB
18 sentyabr 2026, 17:50
- ↺ +

Xaçmazda şagirdlərin məktəbə daşınması niyə dövlət hesabına deyil? - RƏSMİ CAVAB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Xuray və Seyidlikəndyeri kəndlərində 30-a yaxın 10 və 11-ci sinif şagirdi təhsilini davam etdirməkdə çətinlik çəkir.

Shimal.News-a məlumat verən yerli sakinlər bildirib ki, problem hər iki kənddə şagirdlərin tam orta təhsil ala biləcəyi məktəbin olmaması ilə bağlıdır. Belə ki, Xuray kəndində yalnız ibtidai təhsil imkanları mövcuddur, Seyidlikəndyeri kəndində isə fəaliyyət göstərən məktəb 9 illik ümumtəhsil statusundadır.

Yuxarı siniflərdə təhsilini davam etdirmək istəyən şagirdlər 8-9 kilometr aralıda yerləşən Aslanoba kənd tam orta məktəbinə getməli olurlar.

Valideynlərin sözlərinə görə, əvvəlki illərdə uşaqların məktəbə gedib-gəlməsi üçün öz vəsaitləri hesabına mikroavtobus tutulub. Lakin hazırda bir şagird üçün aylıq nəqliyyat xərcinin 40 manata çatması ailələrə əlavə maliyyə yükü yaradıb. Vətəndaşlar bu xərcləri qarşılaya bilmədiklərini deyərək, məhz bu səbəbdən övladlarını məktəbə göndərmədiklərini bildiriblər.

Sakinlər Aslanoba kənd tam orta məktəbinə gedən şagirdlər üçün nəqliyyatın təşkil olunmasını tələb edirlər.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi Shimal.News-un sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonunun Xuray kənd ibtidai ümumtəhsil məktəbi yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərir. 

"Şagirdlərin ümumi və tam orta təhsil səviyyəsi üzrə təhsil almaları üçün valideynlər qonşu Aslanoba kəndinə yönləndirilir. Şagirdlərin daşınması  təhsil müəssisəsinin iştirakı olmadan valideynlər və özəl servisi həyata keçirən tərəflər arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilə bilər. İdarə tərəfindən tərəflər arasında bağlanmış xidməti müqavilə və ya razılaşmaya müdaxilə edilmir. Bildiririk ki, valideynlərin müraciəti əsasında regional təhsil idarəsi tərəfindən şagirdlərin daşınması imkanları ilə bağlı dəyərləndirmələr aparılır".

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər