Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
İcra başçısı Elnur Rzayevin əmri ilə İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu vəzifəsindən azad edilib.
Anar Oruclu 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri təyin olunub.
O, təyinat faktını təsdiqləyib və yeni vəzifəsinin bu gündən etibarən qüvvəyə mindiyini bildirib.
Mənbə: Bizim.Media