59 saylı Quba seçki dairəsindən namizəd olan Aytən Bədəlbəyli 4 nazirliyi məhkəməyə verib.
“Qaynarinfo”-nun məlumatına görə, iddia Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Ədliyyə nazirlikləri barəsində qaldırıb.
Bakı İnzibati Məhkəməsində baş tutacaq prosesdə inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) araşdırılacaq.
Sentyabrın 1-i Azərbaycan Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. A.Bədəlbəyli heç bir siyasi partiyanı təmsil etmir. O, seçkiyə bitərəf kimi qatılıb.