Quba rayonunun Qəçrəş kəndindəki fərdi yaşayış evində baş verən partlayış zamanı xəsarət alan şəxs dünyasını dəyişib.
Bu barədə Shimal.News-a məlumat verən mənbə qeyd edib ki, 68 yaşlı Laçın Şirinbala oğlu Ələsgərovun dəfni Qəçrəş kənd qəbiristanlığında keçiriləcək.
Xəbər verdiyimiz kimi, Qəçrəş sakini L.Ələsgərov səhər saatlarında oyanaraq siqaret yandırmaq istəyib. O, alışqanı yandıran kimi ev partlayıb. Məlum olub ki, hadisəyə səbəb qaz sızması olub.