Qubanın Barlı kəndində məişət tullantıları ilə bağlı xoşagəlməz hal davam edir.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər.
Bir müddət öncə kəntdə Samur-Dəvəçi kanalının yaxınlığında məişət tullantıların qalaqlanaraq ekolji fəlakət yaradması haqqında xəbər vermişdik.
Bundan sonra qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyətin polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyatı dövlət orqanları tərəfindən aradan qaldırıldığı məlum oldu. Həmin vaxt yerli sakinlərin sevindikləri video da gündəmə gətirilidi.
Məsələ Shimal.News tərəfindən nəzarətdə saxlanılıb və bəzi detallar üzə çıxıb. Tullantıların bir hissəsi ərazidən kənarlarşdırılıb, digər hissəsinin üzərinə isə torpaq tökülüb.