Qubada gecə saatlarında zəlzələ olub. Bu barədə ShimalNews 17 iyul tarixində xəbər verir.
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirilib ki, bu gün yerli vaxtla saat 02:20-də Xınalıq stansiyasından 12 km qərbdə zəlzələ qeydə alınıb.
Maqnitudası 3.2, dərinliyi 43 km olan zəlzələ hiss olunmayıb.