Qubada azyaşlılara siqaret satanlar aşkar edilib. Bu haqda 1 aprel tarixində Shimal.news DİN-ə istinadən xəbər verir.
Rayon ərazisində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktı təsdiq edilib.
Həmin satıcılar barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.