Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı yoxlamalar keçirilib. Bu barədə ShimalNews 19 aprel tarixində məlumat verir.
Qanunsuz hasilat, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istqamətində nəzarət tədbirləri gücləndirilib.
Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları birgə nəzarət tədbirləri keçiriblər. Qanun pozuntusuna yol verən şəxslərlə profilaktik söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.