Quba bazarında yaz cücələrinin satışı başlayıb. Bu barədə ShimalNews 27 mart tarixində məlumat verir.
Satıcılar bildirirlər ki, hal-hazırda alıb evdə saxlamaq üçün toyuq cücələrinə tələbat var. Bu cücələr yayın istisinə düşmədiyinə görə daha tez inkişaf edir.
Qiymətlərə isə quşların neçə günlük olması təsir edir. Ortalama bu günə olan qiymətlər:
3 günlük – 0.70 manat;
10 günlük – 1 manat;
17 günlük – 1.5 manat;
24 günlük – 1.7 manat.