Qubada yaşlı qadın intihar edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Shimal.News-a bu faktı təsdiqləyiblər.
Hadisə ötən gün səhər saat 07 radələrində rayonun Dağlı kəndində baş verib.
Kənd sakini, 77 yaşlı Marusa Əli qızı Rəhimova yaşadığı evdə özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.