Quba rayonunda yaşayış evində yanğın başlayıb. Bu barədə ShimalNews 5 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Hadisə Qrızdəhnə kəndində qeydə alınıb. Əraziyə yanğından mühafizə bölmələrinin 2 yanğınsöndürən maşını cəlb edilib.
Yanğının başvermə səbəbi açıqlanmır.