Qubanın Küpçal kənd sakini, 1-ci Qarabağ müharibəsinin qazisi Zaur Gülməmmədovun əkiz qız övladları dünyaya gəlib.
Shimal.News-un əldə etdiyi məlumata görə, noyabrın 8-də anadan olan körpələrə Dəniz və Dərya adları verilib. Onlar Bakıda yerləşən özəl xəstəxanada dünyaya gəliblər, ailənin ilk övladlarıdır.
49 yaşlı Zaur Gülməmmədov Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Quba şöbəsinin idarə heyətinin sədri vəzifəsində çalışır. O, əslən Xocavənd rayonundandır. Ağdam, Füzuli, Şuşa döyüşlərində iştirak edib və erməni əsirliyində olub.