Quba rayonunun Çiçi kəndindən olan Məkkə nənə 100 yaşını qeyd edib. Bu barədə ShimalNews 20 fevral tarixində sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir.
Nənə Çiçinin ən yaşlı sakini olmaqla yanaşı, 9 övlad, 28 nəvə, 40 nəticə və 1 kötücə sahibidir. O, 1923-cu ilin fevralın 19-da dünyaya göz açıb.
Doğmaları bildirirlər ki, Məkkə xanım heç zaman kiminsə qəlbini qırmaz, acılamaz və daima hər kəsi ən gözəl duaları ilə qarşılayb, yola salan insandır.
Təbrik edib, uzun ömür arzu edirik!