Qubada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar çoxsaylı silsilə tədbirlər keçirilib. Bu barədə ShimalNews 27 fevral tarixində məlumat verir.
Fevralın 26-sı matəm əlaməti olaraq rayon ərazisində dövlət bayraqları endirilib və 1 dəqiqəlik sükut elan olunub.
Eyni zamanda müxtəlif müəssisələrdə sərgilər, videoçarxlar və ədəbi-bədii kompozisiyalarla çıxışlar olub.