Quba rayonunda Xocalı faciəsinin 31-ci ildönümü qeyd olunub. Bu barədə ShimalNews 25 fevral tarixində RİH-yə istinadən xəbər verir.
“Xocalı soyqırımına hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir mədəniyyət mərkəzində keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edbilər.
Sonra isə icra başçısı Ziyəddin Əliyev Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı məkanları ziyarət edib. Onların qayğıları ilə maraqlanıb.