top
Qubada xanım sahibkara təzyiq göstərilir - VİDEO
09 iyul 2025, 16:29
- ↺ +

Qubada xanım sahibkara təzyiq göstərilir - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əyan Əli qızı Vəliyeva icra hakimiyyətindən şikayətçidir.

Shimal.News-un əldə etdiyi məlumata görə, sahibkar bildirir ki, Qəçrəş kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qanuni müqavilə əsasında meşə sahəsində fəaliyyət göstərir və burada heç bir əsaslı tikinti aparmadan müvafiq çərçivədə sahibkarlıqla məşğuldur. Lakin buna baxmayaraq, Quba Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif formalarda təzyiqlərlə üzləşir.

Əyan Vəliyevanın sözlərinə görə, son aylarda icra başçısının müavini Şahin İsrafilov və memarlıq və tikinti şöbəsinin əməkdaşı Murad Qədirli tərəfindən obyektin sökülməsi ilə hədələnib. Halbuki, ərazidə quraşdırılan tikililər müvəqqətidir və əsaslı tikinti sayılmır. Qanunvericiliyə görə, belə hallara yalnız aidiyyəti dövlət qurumları müdaxilə edə bilər. İcra hakimiyyətinin bu cür qərarlar qəbul etməsi və ya tətbiq etməsi səlahiyyət xaricindədir.

Məsələ bununla bitmir. Sahibkar iddia edir ki, icra hakimiyyəti tərəfindən obyektin elektrik enerjisinin kəsilməsi üçün aidiyyəti qurumlara göstəriş verilib. Bu isə artıq sahibkarlıq fəaliyyətinə bilavasitə müdaxilə və işin dayanmasına səbəb olacaq addım kimi qiymətləndirilir.

Əyan Vəliyeva bildirir ki, ərazidə hər hansı qanun pozuntusu varsa, bu, müvafiq dövlət qurumları – o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və ya məhkəmə orqanları tərəfindən araşdırılmalı və hüquqi tədbir görülməlidir. Məhkəmə qərarı olmadan sahibkarın obyektinin sökülməsinə cəhd edilməsi isə hüquqi dövlət prinsipinə ziddir.

Qanunvericiliyə əsasən, icra hakimiyyəti yalnız inzibati və təşkilati məsələlərlə məşğul olur və bu kimi mülki-hüquqi münasibətlərə müdaxilə etməyə ixtiyarı yoxdur. Əks təqdirdə, bu, vətəndaşların mülkiyyət hüququnun pozulması və hüquqi dövlətin əsaslarının sarsıdılması kimi qiymətləndirilə bilər.

Hazırda sahibkar xanım bu məsələnin hüquqi müstəvidə araşdırılması və qanunsuz müdaxilələrin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət etdiyini bildirir.


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər