Bu gün Qubada “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir” mövzusunda tədbir təşkil olunub. Bu barədə ShimalNews 3 oktyabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Küpçal kənd sənətkarlıq klubunda şəhid ailələri, qazilər, icra hakimiyyətinin məsul şəxsləri, Gənclər və İdman İdarəsinin rəisi, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi və kənd sakinləri iştirak ediblər.