Qubada Vətən müharibəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilib. Bu haqda ShimalNews 1 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” adlı gənclər arasında vətənpərvərliyin təbliği layihəsi çərçivəsində keçirilib.
Burada rayonun müxtəlif təhsil müəssisələrindən məktəblilər 6 komanda yaradaraq mübarizə aparıblar. Yekunda “Dəmir Yumruq” komandası 1-ci, “Carpe Diem” komandası 2-ci, “Alekseyevka” biliciləri isə 3-cü yeri tutublar.