Sabah Qubada şəhidlər xiyabanında Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın Anım Günü qeyd olunacaq. Bu barədə ShimalNews 26 sentyabr tarixində məlumat verir.
Tədbir saat 9:30-da ağacəkmə kampaniyası ilə başlayacaq. Daha sonra, 11:00-da Şəhidlər xiyabanında vətən övladlarının xatirəsi anılacaq.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda şəhid olmuş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Allah şəhidlərimizə rəhmət eləsin!