Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan uşaqlar üçün Qubada reabilitasiya mərkəzi yaradılacaq. Bu barədə ShimalNews 28 fevral tarixində adı çəkilən quruma istinadən məlumat verir.
Yeni müəssisənin yaradılması regionda yaşayan əlilliyi olan uşaqların bərpa müalicəsi imkanlarının əlçatanlığının artırılmasına xidmət edir.
Son illərdə reabilitasiya və sosial xidmət müəssisələri əsaslı təmir olunub və Qəbələ rayonunda yeni mərkəz inşa olunaraq istifadəyə verilib.