Qubada çaya yıxılan turist xilas edilib. Bu barədə ShimalNews 16 iyul tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Hadisə Qəçrəşdə iyulun 15-i günorta saatlarında qeydə alınıb. Meşəlik ərazidə israilli turist təxminən 80 m yüksəklikdən Qudyalçaya yıxılıb.
Mənbənin məlumatına görə, yaxınlıqda olan polislər həmin şəxsi xilas edərək çayın sahilinə çıxarıblar.