Qubanın Güləzi kəndindən torpaq sürüşməsi yenidən aktivləşib.
Shimal.News xəbər verir ki, sürüşən torpaq qatı kəndin əsas yolunu, məktəbə aparan yolu bağlayıb.
Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub. Amma ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır.