Quba “ASAN xidmət” mərkəzində vətəndaşlara təhsillə bağlı xidmətlər təqdim olunur.
ShimalNews Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, mərkəzə müraciət edərək aşağıdakı imkanlardan yararlanmaq mümkündür:
- təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
- ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);
- şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);
- məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
- uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı.