Qubada “Kargüzarlıq işinin təşkili” mövzusunda təlimlərə başlanılıb. Bu barədə ShimalNews 16 fevral tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Təlimlərə rayonda fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri qatılıb. Görüşlərdə kargüzarlıq anlayışı və mahiyyəti, kargüzarlıq xidmətinin əsas vəzifələri izah olunur.