Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar.
Shimal.News xəbər verir ki, tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Səyyad Kərimov tələbələrə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.
Tələbələri maraqlandıran suallar cavablandırılıb.