Quba rayon sakininin bir neçə oğurluq etdiyi aşkar olunub. Bu barədə ShimalNews 29 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cinayət törədərkən tutulan N.Kərimovun rayon ərazisində daha 3 evdə oğurluq törətməsi də müəyyən olunub. Məlumata görə, o, rayon ərazisində daha 3 evdən pul, 2 ədəd mobil telefon, 1190 manat dəyərində geyim və məişət əşyaları oğurlayıb.