Sel Qubanın Amsarqışlaq kənd sakinlərinə xeyli ziyan vurub.
Bizim.Media-nın məlumatına görə, kənd sakini Tərlan Bəktaşımın evinin yan divarları sel suları nəticəsində uçub. Ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Adil Babayevin evinə isə sel suları dolub. Eləcə də kənd yolu, bağ və əkin sahələri və stadion suyun altında qalıb.
Müvafiq qurum tərəfindən dəyən zərərin araşdırılmasına başlanıb.