top
Qubada sakinləri təhqir etdiyi iddia olunan məmurdan AÇIQLAMA - ÖZƏL
30 avqust 2025, 14:20
- ↺ +

Qubada sakinləri təhqir etdiyi iddia olunan məmurdan AÇIQLAMA - ÖZƏL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayon İcra Hakimiyyəti başçısının Xucbala inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rauf Şıxməmmədovun buduqluları təhqir etməsi ilə bağlı iddialar var.

Belə ki, R. Şıxməmmədova məxsus olduğu düşünülən sosial şəbəkə hesabından Buduq kəndi barəsində paylaşılan videoya, “kənd tapmadınız danışmağa”, “ Qubanın üz qarası”, “bir dənə normal adam görmədim ordan” deyə şərhlər yazılıb.

Bu hadisədən sonra isə Quba rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov Rauf Adil oğlu Şıxməmmədovu tutduğu vəzifədən azad edib. Bununla bağlı İcra Hakimiyyəti paylaşım edib.

Məsələ ilə bağlı Shimal.News-a açıqlama verən R.Şıxməmmədovun sözlərinə görə, o, işdən özü ərizə yazaraq ayrılıb.

“Mənim, ümumiyyətlə “TikTok” profilim olmayıb. Aktiv olaraq “Facebook” və “Instagram” platformalarından istifadə edirəm. Bu yaxın zamanlarda FB profilim spam olunub. Ola bilər ki, bu arada mənim şəkillərimi götürərək, saxta profil açıblar. Yenə də, lazımi addımı ataraq ərizəmi yazıb tutduğum vəzifədən ayrıldım”, - deyə o bildirib.

Həyat yoldaşının da Budaq kəndindən olduğunu qeyd edən Şıxməmmədov sözlərinə belə davam edib:

“Bu addımı atan hər kimdirsə, ola bilər ki, mənimlə həyat yoldaşım arasında yaşanan problemdən dolayı belə bir şey etsin. Dünən Ağsaqqallar Şurasının sədri ilə də danışmışam, yanlış anlaşılmaya görə üzr də istəmişəm. O kəndlə bağlı müəyyən neqativ fikirlərim ola bilər, yarana bilər. Amma açıq şəkildə bunu haradasa bildirmək, mənə elə gəlir, düzgün bir addım deyil. Həyat yoldaşımla qeyd etdiyim kimi, aramızda problemlər var. O ailəsi ilə birlikdə evimdən uşaqlarımı oğurlayıb, çox şeylər baş verib…”

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər