Quba sakinləri son günlər internetin keyfiyyətinin aşağı olduğunu bildiriblər. Bu barədə ShimalNews 1 oktyabr tarixində xəbər verir.
“Bizdə 3-4 gündür ki, internet normal işləmir. Baxmayaraq ki, “Aztelekom”a internetin pulu aylıq normal ödənilir. Şəbəkə gedir-gəlir, demək olar ki, yoxdur”, - deyə sakinlərdən biri bildirib.
Yaranan vəziyyətin nə ilə bağlı olduğu və nə vaxt düzələcəyi bildirilməyib.