Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən Quba rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyində qalib gəlmiş komandaların təltifetmə mərasimi keçirilib.
Shimal.News xəbər verir ki, idarənin rəisi Qumru Məmmədova qalib komandaları salamlayaraq, “Şahin” hərbi idman oyununun gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, hərbi-fiziki hazırlığının təmin olunmasında böyü rolu olduğunu vurğulayaraq, zona yarışına vəsiqə qazanmış komandalara uğurlar arzulayıb.
Sonra qalib komandalar və hərbi rəhbərlər idarə tərəfindən diplomlarla təltif olunublar.
Sonda komandalar xatirə şəkilləri çəkdiriblər.