Quba şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Azad İbrahim oğlunun atası Məmmədov İbrahim Abbek oğlu 83 yaşında vəfat edib.
Shimal.News -un məlumatına görə, mərhum bu gün saat 14:00-da Quba şəhər qəbiristanlığında dəfn ediləcək.
Şəhidin adı Quba şəhəri 2 nömrəli məktəbə verilib və onun xatirəsi daim əziz tutulur.
Hacı İbrahim övladının qəhrəmanlığını yaşatmaq üçün uzun illər mübarizə aparıb və şəhid ailəsi olaraq cəmiyyətin hörmətini qazanıb.
Allah rəhmət eləsin!