Quba şəhərində yerləşən "Şane" şadlıq sarayında yanğın baş verib.
“Bizim.Media”nın məlumatına görə, alov sarayın damından başlayıb. Əraziyə FHN-nin Quba Dövlət Yanğınsöndürmə Xidmətinin 2 avtomobili cəlb edilib.
Alovun qarşısı vaxtında alınıb.