Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə təşkilatçılığı ilə Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illiyinə həsr edilmiş “Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” respublika elmi konfransı keçirilib.
Shimal.News xəbər verir ki, açılış mərasimində filialın direktoru dosent Yusif Alıyev konfransın əhəmiyyəti və qarşıya qoyduğu vəzifələr barədə danışıb.
Sonra A.A.Bakıxanovun həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.
Konfransda ölkə üzrə 28 universitet və elmi müəssisənin əməkdaşları tərəfindən 234 məruzə təqdim olunub. Onlardan 174-ü Təşkilat Komitəsi tərəfindən seçilərək məruzə üçün qəbul edilib.