Qubada “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Bu barədə ShimalNews 5 dekabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Quba RPŞ-nin təşkilatçılığı ilə təşkil edilən tədbir 4 nömrəli tam orta məktəbdə baş tutub. Polis mayoru Rüstəm Hüseynov çıxış edərək narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Narkotiklərin insanların səhhətinə vurduğu ciddi zərər, bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqda məlumat verib. Bundan əlavə, yeniyetmələrə sosial çarxlar nümayiş etdirilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
[caption id="attachment_32170" align="alignnone" width="640"]
Foto DİN[/caption]