top
Qubada qardaşının toyunda burun sındıran şəxslə bağlı QƏRAR
27 fevral 2025, 12:05
- +

Qubada qardaşının toyunda burun sındıran şəxslə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Valeh Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.аz-ın məlumatına görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü il sentyabrın 24-ü, saat 18 radələrində Quba rayonu, Gürdəh kəndində qeydə alınıb.

Belə ki, Valeh Məmmədov zərərçəkmiş Hüseyn Hüseynovu (şərti) qardaşının toy məclisinə qonaq qismində dəvət edib. Toy məclisi zamanı zərərçəkmiş nalayiq ifadələr işlədib. Sonra Valeh qonağı məclisdən çıxarıb həmin kənddə bağ sahəsinin yanına aparıb. Hər ikisi söhbət edərkən təqsirləndirilən şəxs Hüseynin sifət nahiyəsinə qəsdən yumruqla vuraraq, onun burnunu sındırıb.

Hadisədən sonra Valeh Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Quba Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin olunub. Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın təyin olunmasını istəyib, lakin şikayət təmin edilməyib.

 

 

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 12:30

Qusarda kənd yumurtası bahalaşdı

Cəmiyyət
Bu gün, 11:46

Qəbələ və Zaqatala üçün yeni beynəlxalq hava marşrutu

Cəmiyyət
Bu gün, 11:11

Xaçmazda kənd yolunun kənarı zibilliyə çevrilir – Sakinlər narazıdır

Hadisə
Bu gün, 10:14

Zaqatalada güllə yarası almış kişi meyit tapıldı

Cəmiyyət
Bu gün, 09:47

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 09:15

61 yaşlı Şamaxı sakini üzüm yığır: "İşimi sevirəm"

Hadisə
Dünən, 17:59

Şabranda aldığı qarpızlar xarab çıxan kişi satıcını döydü

Cəmiyyət
Dünən, 17:27

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Cəmiyyət
Dünən, 16:49

Quba-Xaçmaz bölgəsində böyük layihə hazırlanır

Cəmiyyət
Dünən, 15:54

Qubada şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikiləcək

İqtisadiyyat
Dünən, 14:40

Turşular bazarlarda neçəyə satılır?

İdman
Dünən, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Dünən, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Dünən, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Dünən, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Dünən, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Dünən, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
15 sentyabr 2026, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
15 sentyabr 2026, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
15 sentyabr 2026, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
15 sentyabr 2026, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
15 sentyabr 2026, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
15 sentyabr 2026, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
15 sentyabr 2026, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Oxşar xəbərlər