Qubada bir küçə iti sakinləri qaparaq, onlara xəsarət yetirir.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər şikayət edirlər:
“Artıq 3-4 gün ərzində 5 nəfəri dişləyib. Tədbir görülməsə, yəqin ki, xəsarət alanların sayı artacaq. Həmin ərazi insanların sıx olduğu yerdir, həm də şahmat məktəbinə gedən uşaqlar üçün təhlükəli vəziyyətdir”, - deyə sakinlər bildirib.
Vətəndaşlar Nizami parkı ətrafında gəzən həmin heyvanın görüntülərini təqdim ediblər. Onlar canlıya zərər vermədən iti ərazidən uzaqlaşdırıb, müvafiq tədbir görüləcəyinə ümid edirlər.
View this post on Instagram