Saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Dağlıq rayonlarda qar yağıb, qar örtüyünün hündürlüyü Qubada (Qrız) 17 sm, Qusarda (Laza) 5 sm, Altıağacda 4 sm, Xınalıq və Xaltanda 3 sm-dir.
Quba, Qusar və Qrızda duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.