Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən sakin cəzalandırılıb.
Shimal.News Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, nəzarət tədbirləri keçirilib. Nəticədə araşdırma zamanı Rustov kənd sakini Novruz Cəbrayılovun istehsalat məntəqəsi aşkar olunub.
Faktlarla bağlı akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. Kömür quyusu isə ləğv edilib.