Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba rayonu ərazisində qanunsuz kömür istehsalına qarşı yoxlamalar keçiriblər. Bu barədə ShimalNews 19 iyul tarixində məlumat verir.
Araşdırma zamanı Möhüc kənd sakini Araz Şükürov, Rustov kənd sakinləri Azad Mahmudov, Seymur Baxışovun qanunu pozduqları müəyyən edilib.
Faktlarla bağlı həmin şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.