Qubada qanunsuz kömür istehsalının qarşısını almaq üçün nəzarət tədbirləri keçirilib. Bu haqda ShimalNews 6 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları yoxlamalar keçiriblər. Nəticədə Yavər Hüseynov barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.