Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Əli Ağabəyov saxlanılıb.
Shimal.News xəbər verir ki, onun üzərinə baxış zamanı qanunsuz olaraq gəzdirdiyi "Makarov" markalı tapança aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əli Ağabəyov barəsində həbs qətimkan tədbiri seçilib.