Quba rayonunda yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 100 kv.m (hər mərtəbəsi 50 kv.m) olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasının xarici divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və 2 paq.m kabel yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.