“Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında Novruz yarmarkası fəaliyyətə başlayıb.
Shimal.News xəbər verir ki, kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satışı İcra hakimiyyəti tərəfindən təşkil olunub və sabah gün ərzində davam edəcək.
Yarmarkada satışa çıxarılan məhsullar mövcud bazar qiymətlərindən xeyli ucuz olması ilə seçilir.



