Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu əməliyyat icra olunub. Bu haqda ShimalNews 30 iyul tarixində məlumat verir.
Regional Travmatoloji Mərkəzdə 55 yaşlı pasiyent üzərində həyata keçirilən fəqərəarası disk yırtığı əməliyyatı uğurla başa çatıb. Həkimlər həkim-reanimatoloq-anestezioloq Ayaz Səfərov, neyrocərrahlar Nurlan İmanov və Mübariz Rəhimov olublar.
Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilərək, ambulator müalicə üçün evə buraxılıb.