Quba-Xaçmaz Regional Təhsil İdarəsi təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı görüş keçirib. Bu haqda ShimalNews 23 dekabr tarixində məlumat verir.
"Sertifikasiya 2024" adlı görüşdə Quba rayon məktəblərində çalışan 250 nəfərdən çox riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər. Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev sertifikasiya qaydaları haqqında müəllimlərə məlumat verib.
Analoji tədbirlərin digər rayonlarda keçirilməsi nəzərdə tutulur.