Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində bəzi fənlər üzrə müəllim yoxdur.
Shimal.News-un əldə etdiyi məlumata görə, dərslər digər fənlərin hesabına əvəz olunur, yaxud da həmin vaxt boş qalır. Tədris ilinin başlamasından 2 ay keçməsinə baxmayaraq məsələ həllini tapmır.
“Coğrafiya fənni tədris edilmir",- deyə valideynlər məktəb rəhbərliyinə şikayətlərini bildiriblər.
“Bunu yay tətili ərzində həll etməli idilər, indi müəllim tapana kimi yarım il keçəcək”,- valideyn narazılığını ifadə edib.
Məsələ ilə bağlı redaksiyamız Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.