top
Qubada məktəbdə qalmaqal: direktor barəsində ciddi ittihamlar səsləndirilib
04 dekabr 2025, 17:59
- ↺ +

Qubada məktəbdə qalmaqal: direktor barəsində ciddi ittihamlar səsləndirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə çalışan müəllim direktor Lalə Ənvər qızı Bədəlova barəsində ciddi ittihamlar irəli sürüb. 


Müəllim Shimal.News-a bildirib ki, direktor onun şəxsi yazışmalarının ekran görüntülərini öz telefonuna çəkərək müəllim heyəti arasında yayıb.


Şikayətçinin sözlərinə görə, direktor müəllimlərin adına artıq dərs saatları yazaraq əmək haqqının bir hissəsini mənimsəyir, həmçinin uşaqları məktəbə qəbul etmək üçün rüşvət alır. O iddia edir ki, direktor ştatda yox, müqavilə ilə fəaliyyət göstərir.


Redaksiyaya təqdim edilən görüntülərdə direktorun möhür və imzası ilə müəllimlərin əməkhaqqından 1% "fond pulu" adı altında vəsait toplandığı qeyd olunur.

Şikayətçi müəllim bildirir ki, qeyd olunanlarla bağlı rayon prokurorluğuna rəsmi müraciət edib.


Direktorun mövqeyi

Shimal.News məsələ ilə bağlı direktor Lalə Bədəlova ilə əlaqə saxlayıb. O, cinayət işinin açılıb-açılmaması barədə məlumat verməyib, lakin bir neçə suala cavab verib. Direktor şəxsi telefonların kodla qorunduğunu bildirib və bildirib ki, məktəblərə qəbul yalnız portal vasitəsilə mümkündür. Onun sözlərinə görə, əməkhaqqından vəsait tutulması barədə iddialar əsassızdır.

Təhsil idarəsindən cavab gözlənilir

Qaranlıq qalan məqamlarla bağlı Shimal.News Quba–Xaçmaz Regional Təhsil İdarəsinə sorğu göndərib. Cavab daxil olduqda ictimaiyyətə təqdim olunacaq.


Xatırladaq ki, məktəb ətrafında qalmaqal uzun müddətdir davam edir. Cari ilin yanvarında Təhsil İdarəsi açıqlama verib, məktəbdə iddialarla bağlı komissiya yaradıldığını bildirmişdi:

"Araşdırmaya başlanılıb. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək".


Bununla bağlı həmin vaxt məlumat verilməyib. Bu səfər qurum məsələni cavablandırdıqda açıqlama oxucularımıza təqdim ediləcək.



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər